Suraxanıda aktiv koronavirus xəstələri saxlanılıb

Suraxanıda aktiv koronavirus xəstələri saxlanılıb Paytaxtın Suraxanı rayonunda aktiv koronavirus xəstələri polis əməkdaşları tərəfindən aşkar edilərək saxlanılıb.
Hadisə
13 Sentyabr , 2021 17:22
Suraxanıda aktiv koronavirus xəstələri saxlanılıb

Paytaxtın Suraxanı rayonunda aktiv koronavirus xəstələri polis əməkdaşları tərəfindən aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə profilaktik tədbir keçirilən zaman üç nəfər koronavirus xəstəsi saxlanılıb.

Araşdırma aparılan zaman onların aktiv koronavirus xəstəsi kimi qeydiyyatda olan paytaxt sakinləri G.Alidarova, Vasif Bayramlı, Ramiz Əhmədov olduqları müəyyən edilib. Onların analizlərinin cavablarının pozitiv çıxmasına və evdə müalicəyə cəlb olunmalarına baxmayaraq bu tələblərə məhəl qoymayıb yaşadıqları ünvanları tərk ediblər. Həmin şəxslər aidiyyəti üzrə təhvil verilməklə, müalicə təyin olunan ünvana yerləşdiriliblər.

Xəstəliklərin yayılması üçün real təhlükə yaradan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi