Suraxanıda 220 metr rabitə kabeli oğurlanıb - VİDEO - YENİLƏNİB

Suraxanıda 220 metr rabitə kabeli oğurlanıb - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
5 Fevral , 2019 11:40
Suraxanıda 220 metr rabitə kabeli oğurlanıb - VİDEO - YENİLƏNİB
0 : 00
0 : 00

Video əlavə olunub


*** 10:51

Bakı. 5 fevral. REPORT.AZ/ Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bülbülə qəsəbəsində yerləşən 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus quyudan 220 metr kabeli oğurlayan şəxslər saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Alırzayev, Tovuz rayon sakinləri Xəqani Ələkbərov və Nicat Yusifov tutulublar.

Həmin şəxslər ifadələrində törətdikləri cinayəti etiraf ediblər. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi