Suraxanı və Xətai rayonlarında meyit tapılıb

Suraxanı və Xətai rayonlarında meyit tapılıb Meyitlərin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb
Hadisə
11 İyul , 2016 17:09
Suraxanı və Xətai rayonlarında meyit tapılıb

Bakı. 11 iyul. REPORT.AZ/ Bakı şəhərində iki meyit tapılıb. 

“Report”un məlumatına görə, hadisələrdən biri Suraxanı, digəri Xətai rayonunda aşkar edilib. 

Belə ki, Hövsan qəsəbəsi, Baxça küçəsi ünvanında yaşayan 54 yaşlı Kərim Babayevin meyiti yaşadığı evin həyətində yerləşən qarajda tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. 

Həmçinin, Xətai rayonu, A.Qurban küçəsi, ev 20/23 ünvanında yaşayan 1959-cu il təvəllüdlü Hüseyin Hüseynovun da üzərində zorakılıq əlamətləri görülməyən meyiti aşkar olunub.

Son xəbərlər

Orphus sistemi