Yuxarı

Suraxanı RİH: Dam örtüyü çökən bina 20 ildir fəaliyyətsizdir

Küləyin və qarın ağırlığına tab gətirməyən dam örtüyü çöküb

Bakı. 26 yanvar. REPORT.AZ/ "Suraxanı rayonu ərazisində dam örtüyü uçan bina 20 ildən artıqdır ki, fəaliyyət göstərmir". Bunu "Report"a Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov deyib.

"Hadisə zamanı xəsarət alanlar binanın dam örtüyünü qardan təmizləmək üçün ora çıxan şəxslərdir. Həm küləyin, həm də qarın ağırlığına tab gətirməyən dam örtüyü çöküb və həmin iki nəfər xəsarət alıb", - deyə o bildirib.

Şöbə müdiri əlavə edib ki, Bakı şəhəri ərazisində ən çox qar Suraxanı rayonuna düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi