Suraxanı rayonunda quyuya düşən şəxs xilas edilib

Suraxanı rayonunda quyuya düşən şəxs xilas edilib Xilasedicilər vətəndaşı dağıntılar arasından çıxararaq hadisə yerinə çağrılan Təcili tibbi yardım stansiyasının əməkdaşlarına təhvil veriblər
Hadisə
30 May , 2015 05:38
Suraxanı rayonunda quyuya düşən şəxs xilas edilib

Bakı. 30 May. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda bir nəfərin köməyə ehtiyacı olub.

"Report"-un FHN-nin saytına istinadən verdiyi məlumata görə, тazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. 

Xilasedicilər tərəfindən hadisə yerinə baxış keçirilərkən məlum olub ki, fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən əlavə tikilinin döşəməsinin çökməsi nəticəsində əmələ gələn diametri təxminən 3-4 metr, dərinliyi 3 metr olan quyuya düşən bir şəxs aldığı xəsarət nəticəsində quyudan çıxmaq iqtidarında deyil. Xilasedicilər vətəndaşı dağıntılar arasından çıxararaq hadisə yerinə çağrılan Təcili tibbi yardım stansiyasının əməkdaşlarına təhvil veriblər. 

Son xəbərlər

Orphus sistemi