Bakıda qonaq xalası qızını bıçaqlayıb

Bakıda qonaq xalası qızını bıçaqlayıb Hadisə Zirə qəsəbəsində baş verib
Hadisə
22 Yanvar , 2015 07:12
Bakıda qonaq xalası qızını bıçaqlayıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Suraxanı rayonunda qonaq ev sahibinin azyaşlı qızını bıçaqlayıb.

"Report" xəbər verir ki, Zirə qəsəbəsində yaşayan 24 yaşlı Seymur Məmməd oğlu Nəcəfov Suraxanı rayonu Xanlar Ələkbərov küçəsində yaşayan xalasının evinə qonaq gəlib.

14 yaşlı xalası qızının evdə tək olduğunu görən Seymur Nəcəfov ona qarşı zorakılıq hərəkətləri etməyə başlayıb. Qız müqavimət göstərəndə Seymur ona bıçaqla xəsarət yetirərək boğmaq istəyib. Bu zaman evə qızın valideynləri gəlib. Xalasının gəldiyini görən Seymur Nəcəfov evdən qaçıb.

Azyaşlı təcili tibbi yardım avtomobili ilə xəstəxanya çatdırılıb. Hadisə yerindən qaçan Seymur Nəcəfov Suraxanı Rayon Polis İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam edir.

Son xəbərlər

Orphus sistemi