​Suraxanı rayonunda minik avtomobili yanıb

​Suraxanı rayonunda minik avtomobili yanıb Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub
Hadisə
8 Aprel , 2015 00:24
​Suraxanı rayonunda minik avtomobili yanıb

Bakı. 8 aprel. REPORT.AZ/ Axşam saatlarında Bakının Suraxanı rayonunda vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 22:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi