Suraxanıda qayınatasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Suraxanıda qayınatasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb Mayın 17-də saat 22 radələrində Suraxanı rayonu ərazisində 1978-ci il təvəllüdlü Qabil Qənbərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hadisə
18 May , 2022 19:49
Suraxanıda qayınatasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Mayın 17-də saat 22 radələrində Suraxanı rayonu ərazisində 1978-ci il təvəllüdlü Qabil Qənbərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən xəbər verilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin kürəkəni, 1987-ci il təvəllüdlü Taleh Heydərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə bıçaqla çoxsaylı xəsarətlər yetirib Qabil Qənbərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Taleh Heydərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

Son xəbərlər

Orphus sistemi