Suraxanı bazarında kütləvi dava zamanı bir nəfər 7 bıçaq zərbəsi alıb

Suraxanı bazarında kütləvi dava zamanı bir nəfər 7 bıçaq zərbəsi alıb Yaralının vəziyyəti orta-ağırdır
Hadisə
19 İyun , 2017 07:26
Suraxanı bazarında kütləvi dava zamanı bir nəfər 7 bıçaq zərbəsi alıb
Courtesy İmage

Bakı. 19 iyun. REPORT.AZ/ Bakının Suraxanı rayonunda yerləşən bazarlardan birində kütləvi dava baş verib.

“Report”un xəbərinə görə, bazarda satıcı işləyən 1987-ci il təvəllüdlü Məmmədov Şahin Haqverdi oğlu 3 nəfər ilə mübahisə edib.

Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı Ş.Məmmədov baş, boyun, ayaq və bədən nahiyələrindən 7 bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi