Suqızdırıcı çən partlayıb, yaralanan var - VİDEO

Suqızdırıcı çən partlayıb, yaralanan var - VİDEO 37 yaşlı Eldəniz Gülbala oğlu Muxtarov ağır yanıq xəsarətləri alıb
Hadisə
30 Noyabr , 2015 15:06
Suqızdırıcı çən partlayıb, yaralanan var - VİDEO

Bakı. 30 noyabr. REPORT.AZ/ Siyəzən şəhərində partlayış hadisəsi baş verib. "Report"un xəbərinə görə, hadisə şəhərin 20 Yanvar küçəsi,16 ünvanında yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Mənzilin hamamında qazla işləyən suqızdırıcı çənin partlaması nəticəsində 37 yaşlı Eldəniz Gülbala oğlu Muxtarov ağır yanıq xəsarətləri alıb.

E.Muxtarov dərhal Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Vəziyyəti ağır olan yaralıya bədənin 60-65 faizinin ikinci-üçüncü dərəcəli termik yanığı diaqnozu qoyulub.

O, ilkin tibbi yardımdan sonra paytaxtda yerləşən müvafiq tibb müəssisəsinə göndərilib.

Hazırda faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi