Bakıda süpürgəçini avtomobillə vurub öldürən şəxsin kassasiya şikayəti təmin edilməyib

Bakıda süpürgəçini avtomobillə vurub öldürən şəxsin kassasiya şikayəti təmin edilməyib Bakı. 23 fevral. REPORT.AZ/ Ali Məhkəmədə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Əflatun Cəfərovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Hadisə
23 Fevral , 2019 16:53
Bakıda süpürgəçini avtomobillə vurub öldürən şəxsin kassasiya şikayəti təmin edilməyib
Report

Bakı. 23 fevral. REPORT.AZ/ Ali Məhkəmədə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Əflatun Cəfərovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, R.Həsənovun kassasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, yol qəzası 2016-cı ildə Sabunçu rayonu ərazisində baş verib. Şəhər şosesində, Koroğlu metrostansiyası ilə Zabrat qəsəbəsi arasında sərnişindaşıma ilə məşğul olan 148 saylı marşrut avtobusunun sürücüsü Ə.Cəfərov yolu keçən 1940-cı il təvəllüdlü Yadigarov Şıxməmməd Xəlil oğlunu vurub. "İsuzu" markalı, 90 RJ 388 dövlət qeydiyyat nişanlı avtobusun vurduğu piyada hadisə yerində ölüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Cəfərov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclası zalında həbs olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Ə.Cəfərovun apellyasiya şikayətini təmin etməyib. O, daha sonra Ali Məhkəməyə müraciət edib.

Son xəbərlər

Orphus sistemi