Sumqayıtda avtomobil oğruları tutulub

Sumqayıtda avtomobil oğruları tutulub Hər iki faktla bağlı araşdırmalar davam edir
Hadisə
26 Sentyabr , 2014 14:25
Sumqayıtda avtomobil oğruları tutulub
Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycanın Sumqayıt şəhərində avtomobil oğruları saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 23-də Ramin Musayevə məxsus “Honda” markalı avtomobili qaçıran şəhər sakini Yusif Muradov tutulub. Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri digər  əməliyyat-axtarış tədbirləri nəticəsində isə sentyabrın 24-də Bəxtiyar Əlizadəyə məxsus “VAZ-2107” markalı avtomobili qaçıran şəhər sakini Orxan Vəliyev də saxlanılaraq istintaqa təqdim olunub.

Hər iki faktla bağlı araşdırmalar davam edir.

Son xəbərlər

Orphus sistemi