Sumqayıt şəhərində oğurlanmış iki aylıq körpə 20 gündən sonra tapılıb

Sumqayıt şəhərində oğurlanmış iki aylıq körpə 20 gündən sonra tapılıb Körpə Binəqədi rayon ərazisindən tapılaraq Sumqayıt polisinə təhvil verilib
Hadisə
2 Sentyabr , 2014 14:53
Sumqayıt şəhərində oğurlanmış iki aylıq körpə 20 gündən sonra tapılıb

Bakı. 2 sentyabr.REPORT.AZ/ Sumqayıt şəhərində oğurlanan iki aylıq körpə tapılıb. Bu barədə Report-a Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib.

Körpə Binəqədi rayon ərazisindən tapılaraq Sumqayıt polisinə təhvil verilib.

Xatırladaq ki, hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib. Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum qadın tərəfindən oğurlanıb. Faktla bağlı  Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə araşdırma başlanıb, istintaq tədbirləri davam etdirilir. Hazırda körpəni oğurlayanın şəxsiyyəti araşdırılır.

Son xəbərlər

Orphus sistemi