Sumqaytda 24 yaşlı gənci bıçaqlayıb öldürən şəxsin məhkəməsi başlayıb

Sumqaytda 24 yaşlı gənci bıçaqlayıb öldürən şəxsin məhkəməsi başlayıb Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməklə ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olmaqda təqsirləndirilən Sahib Nadirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Hadisə
20 avqust 2019 09:35
Sumqaytda 24 yaşlı gənci bıçaqlayıb öldürən şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməklə ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olmaqda təqsirləndirilən Sahib Nadirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə anket məlumatlıarı dəqiqləşdirilib.

Mahiyyəti üzrə baxış iclası avqustun 28-ə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin iyun ayında Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində baş verib. Cəlilabad rayon sakini, 24 yaşlı Faiq Cəfərov qarın nahiyəsindən bıçaq yaraları alıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.

Qətli törətməkdə şübhəli bilinən Sahib Nadirov polis tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi