Sumqayıtdan dənizə çıxaraq itkin düşən şəxslərin axtarışlarına helikopter cəlb olunub

Sumqayıtdan dənizə çıxaraq itkin düşən şəxslərin axtarışlarına helikopter cəlb olunub Bakı. 23 aprel. REPORT.AZ/ Sumqayıt şəhəri ərazisindən dənizə çıxdığı ehtimal edilən 2 nəfərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri cəlb olunub.
Hadisə
23 Aprel , 2018 10:42
Sumqayıtdan dənizə çıxaraq itkin düşən şəxslərin axtarışlarına helikopter cəlb olunub

Bakı. 23 aprel. REPORT.AZ/ Sumqayıt şəhəri ərazisindən dənizə çıxdığı ehtimal edilən 2 nəfərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri cəlb olunub.

Bu barədə “Report”a FHN-dən məlumat verilib.

Məlumatda bildirilib ki, 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlunun axtarışları paralel olaraq Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən də davam etdirilir.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi