Sumqayıtda Regional Mədəniyyət və Turizm İdarəsindən oğurluq olub

Sumqayıtda Regional Mədəniyyət və Turizm İdarəsindən oğurluq olub Hadisəni törədən Vüqar Mahmudov tutulub
Hadisə
21 avqust 2017 09:08
Sumqayıtda Regional Mədəniyyət və Turizm İdarəsindən oğurluq olub

Bakı. 21 avqust. REPORT.AZ/ Sumqayıt şəhər ərazisindəki MMC-lərdən birinin inzibati binasından oğurluq olub.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 17-də şəhər ərazisindəki MMC-lərdən birinin inzibati binasından və Regional Mədəniyyət və Turizm İdarəsindən mobil telefon, qol saatı, gödəkcə, idman çantası, noutbuk və elektron kart oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Mahmudov tutulub.

Son xəbərlər

Orphus sistemi