Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində azyaşlını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.
"Report" xəbər verir ki, bu barədə Sumqayıt şəhər prokurorluğu məlumat yayıb.
Məlumata əsasən, martın 31-də Sumqayıtda dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Bildirilib ki, araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilib ki, faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.