Sumqayıtda yol polisi avtoxuliqanlıq edən sürücü və konduktoru saxlayıb

Sumqayıtda yol polisi avtoxuliqanlıq edən sürücü və konduktoru saxlayıb Sumqayıtda yolu işıqforun qırmızı işığında keçən avtobus sürücüsü yol polisinin “Saxla” əmrinə tabe olmayıb.
Hadisə
5 Fevral , 2021 00:22
Sumqayıtda yol polisi avtoxuliqanlıq edən sürücü və konduktoru saxlayıb

Sumqayıtda avtobus sürücüsü, 1977-ci il təvəllüdlü Quluyev Ceyhun Ələmqulu oğlu avtoxuliqanlıq edib.

“Report” xəbər verir ki, yolu işıqforun qırmızı işığında keçən sürücü polisin “Saxla” əmrinə tabe olmayıb və hərəkəti davam etdirib. Sumqayıt Dövlət Yol Polisi əməkdaşları şəhərin mərkəzi hissəsində sürət həddini aşaraq hərəkət edən və təhlükə törədən avtobusu maneə ilə saxlayıblar. Sürücü və konduktor Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilib.

Sürücünün nəqliyyat vasitəsini sərxoş idarə etdiyi bildirilir.

Məlumata görə, Ceyhun Quluyev idarə etdiyi avtobusla yol polisinin avtomobilini də əzib. Hadisə zamanı avtobusda sərnişin olmayıb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi