Sumqayıtda yaşlı kişi xəstəxananın 2-ci mərtəbəsindən yıxılaraq ölüb - YENİLƏNİB

Sumqayıtda yaşlı kişi xəstəxananın 2-ci mərtəbəsindən yıxılaraq ölüb - YENİLƏNİB Hadisə Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserində baş verib
Hadisə
15 İyul , 2018 09:39
Sumqayıtda yaşlı kişi xəstəxananın 2-ci mərtəbəsindən yıxılaraq ölüb - YENİLƏNİB

Sumqayıt. 15 iyul. REPORT.AZ/ Sumqayıt şəhərində yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

"Report"un yerli bürosunun məlumatına görə, 1963-cü il təvəllüdlü Ədalət Həbibov ehtiyatsızlıq nəticəsində müalicə aldığı Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserinin ikinci mərtəbəsindən yıxılaraq ağır kəllə-beyin travması alıb.

Onun yıxıldığını görən şəxslər dərhal nəzarətçi həkimlərə xəbər veriblər. Yaralı ağır vəziyyətdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, kişi orada dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


***08:58

Sumqayıt. 15 iyul. REPORT.AZ/ Sumqayıtda yaşlı kişi müalicə aldığı xəstəxananın 2-ci mərtəbəsindən yıxılaraq ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserində baş verib. Orada müalicə alan, hələlik adı məlum olmayan kişinin hansı şəraitdə yıxılaraq öldüyü məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi