Yuxarı
    Bağlamaq

    ​Sumqayıtda yanğın nəticəsində bir nəfər xəsarət alıb

    Hadisə gecə saatlarında baş verib

    Bakı. 12 aprel. REPORT.AZ/ Sumqayıt şəhərində vətəndaşa məxsus birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.

    “Report” xəbər verir ki, yanğın zamanı evdə bir nəfər yanıq xəsarətləri alıb və Təcili Tibbi Yardım xidməti tərəfindən aparılıb.

    Evə bitişik yardımçı otaqlar yanğından mühafizə olunub. Yanğın saat 00:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi