Sumqayıt sakininin səkkiz min manatı ələ keçirilib

Sumqayıt sakininin səkkiz min manatı ələ keçirilib Sumqayıt şəhər sakini olan bir nəfər Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə aldadılaraq 8000 manatının alınması ilə bağlı müraciət edib.
Hadisə
12 Sentyabr , 2024 11:05
Sumqayıt sakininin səkkiz min manatı ələ keçirilib

Sumqayıt şəhər sakininin səkkiz min manatını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, sözügedən hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət daxil olub:

"Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən S.Hacıyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır."

Son xəbərlər

Orphus sistemi