Yuxarı

Sumqayıtda velosipedçi qızı maşın vurub

Sumqayıtda velosipedçi qızı maşın vurub
İyirmi yaşlı qızın vəziyyəti ağırıdır

Sumqayıt. 30 iyun. REPORT.AZ/ Sumqayıt şəhərində 20 yaşlı velosipedçi qızı maşın vurub.

"Report"un yerli bürosunun məlumatına görə, 1998-ci il təvəlldlü Hacıyeva Nigar Cahanşah qızı Hacı Zeynalabdin qəsəbəsində öz şəxsi velosipedi ilə hərəkətdə olarkən qarşı tərəfdən gələn "QAZ 24" markalı avtomobil onu vurub.

Qəsəbə sakini ağır vəziyyətdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, əməliyyat olunan 20 yaşlı qızın vəziyyəti ağırdır.

Sürücü məsuliyyətə cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi