Bakı.30 mart. REPORT.AZ/ Şabran rayonunda və Sumqayıt şəhərində yanğın hadisələri baş verib.
"Report"-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsı 16 kv.m olan 1 otaqlı mənzilin hamamında lambirdən ibarət tavanı 1 kv.m sahəsı və 1 ədəd suqızdırıcısı yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Şabran rayonunun Şabran kəndində isə ümumi sahəsi 600 kv.m olan quşyetişdirmə sexinin içərisində taxta yonqarı 20 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğınsöndürənlər hər iki halda yanğını söndürülüblər.