Sumqayıtda üç avtomobil toqquşdu

Sumqayıtda üç avtomobil toqquşdu Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
9 Oktyabr , 2020 23:37
Sumqayıtda üç avtomobil toqquşdu

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə şəhərin Koroğlu küçəsində qeydə alınıb.

Belə ki, 99-GS-741 dövlət nömrə nişanlı "Opel" markalı avtomobil sürət həddini aşaraq, arxadan 99-XA-325 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilə çırpılıb. “Opel“ bundan sonra yol kənarında dayanan 50-BT-345 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da hər üç avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları və təxliyə maşını cəlb olunub.

Son xəbərlər

Orphus sistemi