Sumqayıtda torpaq uçqunu olub, 1 nəfər ölüb - YENİLƏNİB

Sumqayıtda torpaq uçqunu olub, 1 nəfər ölüb - YENİLƏNİB Bakı. 1 iyun. REPORT.AZ/ Sumqayıt şəhərində torpaq uçqunu altında qalaraq ölən şəxsin adı məlum olub.
Hadisə
1 iyun 2018 11:01
Sumqayıtda torpaq uçqunu olub, 1 nəfər ölüb - YENİLƏNİB

Bakı. 1 iyun. REPORT.AZ/ Sumqayıt şəhərində torpaq uçqunu altında qalaraq ölən şəxsin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, 1986-cı il təvəllüdlü Abbasov Ramil Qabil oğlu torpaq altında qalaraq ölüb.

Onun meyiti torpaq uçqununun altından çıxarılaraq "morq"a yerləşdirilib. 


***14:42

Bakı. 1 iyun. REPORT.AZ/ Sumqayıt şəhərində 3 nəfər torpaq uçqunu altında qalıb, 1 nəfər ölüb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə Sumqayıtda qazıntı işləri aparılan ərazidə baş verib.

Hadisə nəticəsində 3 nəfər dağıntı altında qalıb. Onlardan ikisini xilas etmək mümkün olsa da, 1 nəfər,  torpaq altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi