Sumqayıtda top mərmisi tapılıb

Sumqayıtda top mərmisi tapılıb Sumqayıt şəhərində top mərmisi tapılıb.
Hadisə
29 Yanvar , 2020 16:48
Sumqayıtda top mərmisi tapılıb

Sumqayıt şəhərində top mərmisi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a verilən məlumata görə, yanvarın 29-u saat 14:58-də Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları dərhal həmin əraziyə göndərilib və Bakı-Sumqayıt avtomobil yolunun kənarına baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd boş vəziyyətdə 100 mm-lik top mərmisi (OF-412) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 600 kv.m əraziyə yerüstü, 30 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi