Sumqayıtda teplovozdan oğurluq olubBakı. 4 dekabr. REPORT.AZ/ Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən çeşidləmə stansiyasının parkından oğurluq olub.
Bakı. 4 dekabr. REPORT.AZ/ Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən çeşidləmə stansiyasının parkından oğurluq olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Report”a bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən dekabrın 3-də Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən çeşidləmə stansiyasının parkında ehtiyatda saxlanılmış teplovozun mühərrikindən 100 kiloqram mis sökərək oğurlamaqda şübhəli bilinən şəhər sakini Novruz Novruzov saxlanılıb, onun həmin misi metal qəbulu məntəqəsinə təhvil verməsi müəyyən edilib.