Yuxarı

​Sumqayıtda telefon oğurlamaqda təqsirləndirilən keçmiş məhkuma hökm oxunub

O, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Bakı. 27 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sübhan Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Kərimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, oğurluq hadisəsi ötən il baş verib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aidə Fərruxlunun evindən 2 ədəd mobil telefon oğurlamış şəhər sakini, əvvəllər məhkum olunmuş S.Kərimov tutulub.

O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi