Yuxarı

Sumqayıtda tanışlarının evinə basqın edən şəxslərə hökm oxunub

Təqsirləndirilən şəxslərin hər ikisi 10 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Rafiq Həsənov və Sənan Kərimduxtun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər ikisi 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin fevral ayında Sumqayıt şəhərinin 45-ci məhəlləsində, 14 saylı binanın 93-cü mənzilində baş verib. Sumqayıt şəhər sakini, 38 yaşlı Rafiq Ramiz oğlu Həsənov yeyib-içdikdən sonra 27 yaşlı Sənan Vahid oğlu Kərimduxta quldurluq etməyi təklif edib. S.Kərimduxt əvvəl razılaşmasa da, sonradan təklifi qəbul edib.

Həmin şəxslər Ceyhun Məmmədovun evinə daxil olandan sonra onun əl-qolunu bağlayıb, evdən pul və qızıl-zinyət əşyaları aparıblar.

Hadisədən sonra Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində R.Həsənov və S.Kərimduxt saxlanılıb.

Onlar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunublar.

Xatırladaq ki, zərərçəkən C.Məmmədov saxlanılan R.Həsənovun dostu olub. Saxlanılan şəxslər zərərçəkmişin evində 50 min manat olduğunu zənn edərək bu işə əl atıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi