Sumqayıtda tanışını döyərək öldürməkdə təqsirləndirilən şəxsin cəzası yüngülləşdirilib

Sumqayıtda tanışını döyərək öldürməkdə təqsirləndirilən şəxsin cəzası yüngülləşdirilib Bakı. 15 iyun. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində tanışını döyərək öldürməkdə təqsirləndirilən Kamil Quliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
15 iyun 2018 10:59
Sumqayıtda tanışını döyərək öldürməkdə təqsirləndirilən şəxsin cəzası yüngülləşdirilib

Bakı. 15 iyun. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində tanışını döyərək öldürməkdə təqsirləndirilən Kamil Quliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, K.Quliyevin 10 il azadlıqdan məhrumetmə cəzası 9 ilə endirilib.

Qeyd edək ki, hadisə 2016-cı ilin may ayında Sumqayıt şəhərində baş verib. K.Quliyev münaqişə zəminində tanışı Rahib Zeynalovla əlbəyaxa olub. Əlbəyaxa dava zamanı R.Zeynalov ağır xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib. Bundan sonra zərərçəkmişin şikayəti əsasında K.Quliyev həbs edilib.

Ona Cinayət Məcəlləsinin (CM) 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib. İş Sumqayıt Şəhər Prokurorluğunda araşdırılaraq yekunlaşıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə iclasında məhkəmə-tibbi ekspertizasının rəyi elan edilib. Rəyə əsasən, K.Quliyevin xəsarət yetirdiyi R.Zeynalov məhkəmə dövründə aldığı xəsarətlərdən sonra ev şəraitində olan zaman dünyasını dəyişib.

İclasda prokuror vəsatətlə çıxış edib. O, vəsatətində cinayət işinin məhkəmə baxışına xitam verilməsini və K.Quliyevə verilən ittihamın daha da ağırlaşdırılmasını tələb edib.

Məhkəmə vəsatəti təmin edib. Hakimlər kollegiyasının qərarına əsasən, K.Quliyevə verilən CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsinin ağırlaşdırılması ilə bağlı iş yenidən araşdılması üçün Sumqayıt Şəhər Prokurorluğuna qaytarılıb. Daha sonra ona CM-nin 126.3-cü (qəsdən sağlamığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Son xəbərlər

Orphus sistemi