Sumqayıtda sürücü qadını vuraraq hadisə yerindən qaçıb

Sumqayıtda sürücü qadını vuraraq hadisə yerindən qaçıb Sumqayıtda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
840
7 May , 2020 22:14
Sumqayıtda sürücü qadını vuraraq hadisə yerindən qaçıb

Sumqayıtda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 12-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, naməlum avtomobil 1973-cü il təvəllüdlü Əzimova Məfruzə Əməni qızını vurub. Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Qeyd edək ki, hadisəni törədən sürücü ərazidən yayınıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi