Yuxarı

Sumqayıtda sürücü iki qadını vurub, onlardan biri ölüb

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi araşdırma aparır

Bakı. 1 sentyabr. REPORT.AZ/ Sumqayıtda sürücü iki qadını vurub, onlardan biri ölüb.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Avqustun 31-də saat 10 radələrində Sumqayıt şəhərində şəhər sakini Nazim Nağızadə idarə etdiyi “VAZ-21144” markalı avtomobillə yolu keçən həmyerliləri Elmira Dünyamalıyevanı və Samirə Şirinovanı vurub. Hər iki piyada, habelə N.Nağızadənin 1 sərnişini xəstəxanaya yerləşdirilib, E.Dünyamalıyeva orada ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi araşdırma aparır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi