Sumqayıtda silsilə oğurluq edən keçmiş məhkum saxlanılıb

Sumqayıtda silsilə oğurluq edən keçmiş məhkum saxlanılıb Bakı. 22 dekabr. REPORT.AZ/ Sumqayıtda silsilə oğurluq etməkdə şübhəli bilinən keçmiş məhkum saxlanılıb.
Hadisə
22 Dekabr , 2018 13:21
Sumqayıtda silsilə oğurluq edən keçmiş məhkum saxlanılıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Sumqayıtda silsilə oğurluq etməkdə şübhəli bilinən keçmiş məhkum saxlanılıb.

Bu barədə “Report” Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu ilin fevral-dekabr ayları ərzində şəhər ərazisindəki gözəllik salonundan 60 manat pul, hazırlıq kursundan televizor və kompyuter, 2 avtomobildən 60 manat pul, tütün məmulatı, bankomat kartı və audiodisklər, 2 evdən 4 ev quşu və su mühərriki, şəhər sakini olan 1 nəfərin mobil telefonunu, daha bir nəfərin isə çantasından pul və sənədlərini və iaşə obyeklərindən birindən elektrik avtomat qoruyucusunu oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə məhkum olunmuş Ağami Ağayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi