Yuxarı

Sumqayıtda sevgilisini öldürən şəxsin məhkəməsi başlayır

​Sumqayıtda sevgilisini öldürən şəxsin məhkəməsi

Sumqayıtda qeyri-rəsmi nikahda olduğu qadını bıçaqlayaraq öldürməkdə təqsirləndirilən Seymur Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Rasim Sadıxovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu il mayın 3-də Sumqayıt şəhəri, Nərimanov küçəsi, Mərkəzi bazar ərazisindəki eynək satılan dükanların birində baş verib. Abdullayev Seymur Zərablı oğlu qeyri-rəsmi yaşadığı Əmənova Gülnar Şaməddin qızına şəxsi münasibətlər zəminində bıçaqla çoxsaylı xəsarətlər yetirib. Gülnar Əmənova xəstəxanaya çatdırılaraq əməliyyat olunsa da, hadisədən 11 gün sonra dünyasını dəyişib.

S.Abdullayevə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi