​Sumqayıtda sərnişini bıçaqlayan şəxsə hökm oxunub

​Sumqayıtda sərnişini bıçaqlayan şəxsə hökm oxunub O, 6 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
20 Aprel , 2016 10:30
​Sumqayıtda sərnişini bıçaqlayan şəxsə hökm oxunub

Bakı. 20 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərbə vurmaqda təqsirləndirilən Sumqayıt şəhər sakini Mürsəl Quliyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Quliyevin daha əvvəl törətdiyi cinayət əməlinin cəzasında ödənilməyən 6 ay cəza da əlavə olunaraq, ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmədə zərərçəkən Şahin Əliyev ifadəsində təqsirləndirilən şəxsdən şikayətçi olmadığını, ona söyüş söydüyünü deyib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 9-da Sumqayıt Şəhər Avtovağzalının yaxınlığında baş verib. Mikravtobus sürücüsü olan M.Quliyevlə avtobusda olan sərnişin Ş.Əliyev arasında mübahisə düşüb. Daha sonra M.Quliyev sərnişini bıçaqlayıb.

O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi