Sumqayıtda sərnişin avtobusu dirəyə çırpılıb, xəsarət alan var

Sumqayıtda sərnişin avtobusu dirəyə çırpılıb, xəsarət alan var Deformasiyaya uğramış avtomobildə sxılmış vəziyyətdə qalan qadın xilasedicilər tərəfindən xilas edilib
Hadisə
25 yanvar 2015 11:15
Sumqayıtda sərnişin avtobusu dirəyə çırpılıb, xəsarət alan var

BAKI. 25 yanvar. REPORT.AZ/ Sumqayıt şəhəri ərazisində “PAZ” markalı sərnişin avtobusu idarəetməni itirərək dirəyə çırpılıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nəticədə avtomobildə olan sərnişin, 1955-ci il təvəllüdlü İlyasova Dəstəgül Hacıbala qızı xəsarət alıb. 

Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan İlyasova xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq xilas edilib. Əməliyyat saat 12:59-da başa çatıb.

Son xəbərlər

Orphus sistemi