Sumqayıtda sərnişin avtobusdan yıxılaraq xəsarət alıb

Sumqayıtda sərnişin avtobusdan yıxılaraq xəsarət alıb Sumqayıt şəhərində sərnişin avtobusdan yıxılaraq xəsarət alıb.
Hadisə
3 İyul , 2019 11:58
Sumqayıtda sərnişin avtobusdan yıxılaraq xəsarət alıb

Sumqayıt şəhərində sərnişin avtobusdan yıxılaraq xəsarət alıb. 

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə 30 saylı xətt üzrə hərəkət edən marşrut avtobusunda qeydə alınıb. 

Belə ki, 1991-ci il təvəllüdlü Etibar Yolçuyev avtobusdan düşərkən ayağı büdrəyərək yıxılıb. 

O, döş qəfəsinin küt travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi