Sumqayıtda saxta əsginas çap edən şəxs tutulub

Sumqayıtda saxta əsginas çap edən şəxs tutulub Onun yaşadığı evinə baxış zamanı “HP” markalı printer aşkar edilərək götürülüb
Hadisə
25 Fevral , 2016 11:29
Sumqayıtda saxta əsginas çap edən şəxs tutulub

Bakı. 25 fevral. REPORT.AZ/ Sumqayıtda saxta əsginas çap edən şəxs tutulub.

"Report"un məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini Dövlət Sabirlidən 8 ədəd 100 manatlıq, 52 ədəd 50 manatlıq və 11 ədəd 20 manatlıq, ümumilikdə 3 620 manatlıq saxta əsginas götürülüb.

Onun yaşadığı Sabirabad rayonunun Kürkənd kəndindəki evinə baxış zamanı isə "HP" markalı printer aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi