Sumqayıtda restoran sahibi həbs edildi

Sumqayıtda restoran sahibi həbs edildi Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının iyulun 4-də şəhər ərazisində keçirdikləri tədbirlər nəticəsində şəhər sakini E.Hüseynovun karantin rejimini pozaraq restoran işlətdiyi müəyyən edilib.
Hadisə
6 İyul , 2020 13:02
Sumqayıtda restoran sahibi həbs edildi
google.az

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının iyulun 4-də şəhər ərazisində keçirdikləri tədbirlər nəticəsində şəhər sakini E.Hüseynovun karantin rejimini pozaraq restoran işlətdiyi müəyyən edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, E.Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək 25 gün inzibati həbs edilib.

Son xəbərlər

Orphus sistemi