Sumqayıtda qonşusunu qətlə yetirən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib

Sumqayıtda qonşusunu qətlə yetirən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib Ramin Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb
Hadisə
18 Avqust , 2016 15:25
Sumqayıtda qonşusunu qətlə yetirən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 18 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ramin Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Cəbrayılov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il Sumqayıt şəhərinin Corat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, R.Cəbrayılov qonşusu Asif Xəlilovu bıçaqlayaraq öldürüb. Hadisə qonşular arasında yaranan münaqişə zəminində baş verib. R.Cəbrayılov polis əməkdaşları tərəfindən həbs edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və istintaqı aparılıb.

Son xəbərlər

Orphus sistemi