Sumqayıtda qonşusunu öldürməkdə təqsirləndirilən şəxslərin ibtidai istintaqı yekunlaşıb

Sumqayıtda qonşusunu öldürməkdə təqsirləndirilən şəxslərin ibtidai istintaqı yekunlaşıb Bakı. 20 dekabr. REPORT.AZ/ Sumqayıtda qonşusunu döyərək öldürməkdə təqsirləndirilən Yadigar Bayramov, Araz Quliyev, Yaşar Baxışov və Elşad Mamarzayevin cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Hadisə
20 Dekabr , 2018 17:47
Sumqayıtda qonşusunu öldürməkdə təqsirləndirilən şəxslərin ibtidai istintaqı yekunlaşıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Sumqayıtda qonşusunu döyərək öldürməkdə təqsirləndirilən Yadigar Bayramov, Araz Quliyev, Yaşar BaxışovElşad Mamarzayevin cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

"Report"un məlumatına görə, onların barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, bu il avqustun 20-də Sumqayıt şəhər ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşid Abbasov qapalı kəllə-beyini, baş-beyin silkələnməsi və burun sümüyünün sınığı ilə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları araşdırmalarla həmin gün şəhər ərazisində R.Abbasovla qonşuları, əvvəllər məhkum olunmuş Yadigar Bayramov, Araz Quliyev, Yaşar Baxışov və Elşad Mamarzayev arasında münaqişə baş verməsi, bu zaman onun həmin şəxslər tərəfindən döyülməsi müəyyən edilib.

Onlar Sumqayıt şəhər Polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Son xəbərlər

Orphus sistemi