Yuxarı

Sumqayıtda qohumunu bıçaqlayan şəxs döyülüb - YENİLƏNİB

Sumqayıtda qohumunu bıçaqlayan şəxs döyülüb - YENİLƏNİB
Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır
© Report

Sumqayıt. 2 aprel. REPORT.AZ/ Sumqayıt şəhərində qohumunu bıçaqlayan şəxs döyülüb.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 21-ci məhəlləsində baş verib.

Məlumata görə, Sumqayıt şəhər sakini 1975-ci il təvəllüdlü Abddullayev Aqil Rauf oğlu bıçaqladığı 20 yaşlı Süleyman Abdullayevin yaxınları tərəfindən döyülüb. O, ağır xəsarətlərlə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


*** 09:26

Sumqayıt. 2 aprel. REPORT.AZ/ Sumqayıt şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, şəhərin 21-ci məhəlləsində 1998-ci il təvəllüdlü Abdullayev Süleyman Müseyib oğlu bıçaqlanıb.

Ürək və bədəninin digər nahiyələrindən bir neçə bıçaq zərbəsi alan 20 yaşlı gənc dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) çatdırılıb. Vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Araşdırma zamanı hadisəni törədən şəxsin kimliyi müəyyən edilib. 20 yaşlı Süleyman Abdullayevi bıçaqlayan şəxs 1975-ci il təvəllüdlü Abdullayev Aqil Rauf oğludur. O, bıçaqlanan şəxsin qaynının əmisi oğludur.

İlkin ehtimallara görə, 20 yaşlı Süleyman Abdullayev namus üstündə bıçaqlanıb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi