Sumqayıtda qız söhbətinə görə qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Sumqayıtda qız söhbətinə görə qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub Bakı. 14 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Teymur Sadıqovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
14 Dekabr , 2017 15:36
Sumqayıtda qız söhbətinə görə qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Teymur Sadıqovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə T.Sadıqov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən məhkəmə iclasında prokuror çıxışında T.Sadıqovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə bu il iyunun 27-də Sumqayıt şəhərində baş verib. Astara rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babazadə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Gədəbəy rayon sakini T.Sadıqov tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib. O, Şəmkir rayonu ərazisində tutulub.

İlkin məlumatda bildirilib ki, T.Babazadə hadisə yerinə getməzdən əvvəl tanışlarından birinə qız söhbətinə getdiyini deyib.

T.Sadıqov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi