Sumqayıtda qəzada 32 yaşlı şəxs yaralanıb

Sumqayıtda qəzada 32 yaşlı şəxs yaralanıb Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
10 Noyabr , 2019 21:57
Sumqayıtda qəzada 32 yaşlı şəxs yaralanıb

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1987-ci iltəvəllüdlü Mirzəyev Elşən İlqar oğlu ciddi bədən xəsarətləri alıb.

Yaralı təcili yardım xidmətinin köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qulağının cırılmış yarası və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi