Sumqayıtda qəza törədib qaçan sürücü saxlanılıb - YENİLƏNİB

Sumqayıtda qəza törədib qaçan sürücü saxlanılıb - YENİLƏNİB Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan sürücü tutularaq istintaqa cəlb edilib.
Hadisə
15 Oktyabr , 2019 12:52
Sumqayıtda qəza törədib qaçan sürücü saxlanılıb - YENİLƏNİB

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan sürücü tutularaq istintaqa cəlb edilib.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə,  şəhər ərazisində naməlum sürücünün idarə etdiyi avtomobillə yolu keçmək istəyən piyada 1972-ci il təvəllüdlü Hüseynov Kamil Niftalı oğlunu vuraraq sonuncunun ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilən, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin “Mitsubishi Pajero” markalı 90 BS 953 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü - 1982-ci il təvəllüdlü Dadaşov Sahib Nizam oğlu tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən, o, oktyabrın 14-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


*** 11:51

Sumqayıtda qəza törədib qaçan sürücü saxlanılıb.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 12-də şəhər sakini Ramin Hüseynovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mitsubishi” markalı avtomobilin sürücüsü, Sumqayıt sakini Sahib Nİzam oğlu Dadaşov saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi