Sumqayıtda qətl törədən şəxsin istintaqı başa çatıb

Sumqayıtda qətl törədən şəxsin istintaqı başa çatıb ​​​​​​​Sumqayıtda qətl törətməkdə təqsirləndiirlən Teymur İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
2051
6 Yanvar , 2021 13:31
Sumqayıtda qətl törədən şəxsin istintaqı başa çatıb

Sumqayıtda qətl törətməkdə təqsirləndirilən Teymur İsmayılovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Səbuhi Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 10-u saat 19 radələrində Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində baş verib.

1988-ci il təvəllüdlü Elgün İsmayılovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlanması barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla hadisənin 1989-cu il təvəllüdlü Teymur İsmayılov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Elgün İsmayılovun baş nahiyəsinə çoxsaylı zərbələr vurularaq törədilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

T.İsmayılov tutularaq istintaqa cəlb olunub və ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ititham verilib.

Son xəbərlər

Orphus sistemi