Sumqayıtda qətl törədən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Sumqayıtda qətl törədən şəxsin apellyasiya şikayəti təmin edilməyib Bakı. 15 dekabr. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ramil Əbilovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Hadisə
15 Dekabr , 2017 11:05
Sumqayıtda qətl törədən şəxsin apellyasiya şikayəti təmin edilməyib
Report

Bakı. 15 dekabr. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ramil Əbilovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

"Report"un xəbərinə görə, hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökmü qüvvəsində saxlanılıb.

Qeyd edək ki, hadisə ötən il iyul ayının 22-də Sumqayıt şəhərində baş verib. Masallı rayon sakini R.Əbilov ögey xalası Gülyaz Musayevanın mənzilinə gələrək, onu xüsusi amansızlıqla öldürüb və oradan 800 manat pul və bir ədəd kompüter aparıb.

Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 1-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən R.Əbilov tutulub.

Son xəbərlər

Orphus sistemi