Sumqayıtda Qədr gecəsi üçün məscidə gedən gənclər qəzaya düşüblər

Sumqayıtda Qədr gecəsi üçün məscidə gedən gənclər qəzaya düşüblər Hadisə nəticəsində 4 nəfər xəsarət alıb
Hadisə
8 İyun , 2018 08:14
Sumqayıtda Qədr gecəsi üçün məscidə gedən gənclər qəzaya düşüblər

Sumqayıt. 8 iyun. REPORT.AZ/ Sumqayıt şəhərində yol qəzası nəticəsində 4 nəfər ağır xəsarət alıb.

"Report"un yerli bürosunun məlumatına görə, ötən gecə şəhərin Səməd Vurğun küçəsi ilə Dənizkənarı bulvar istiqamətində hərəkətdə olan avtomobil qarşı tərəfdən gələn digər maşınla toqquşub.

Hadisə nəticəsində Sumqayıt şəhər sakini - 1998-ci il təvəllüdlü Əliyev Nahid Zahid oğlu , 1998-ci il təvəllüdlü Məcidov Rövşən İslam oğlu, 2000-ci il təvəllüdlü Tağıyev Kamil Şahin oğlu və 2000-ci il təvəllüdlü Bayramov Fəqan İsmayıl oğlu ağır xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Qəzaya düşən gənclər Qədr gecəsi əməllərini yerinə yetirmək üçün məscidə gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi