Yuxarı

Sumqayıtda qaz sızmasından partlayış baş verib, ölən var

Sadəddin Fərzəliyevin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

Bakı. 4 oktyabr. REPORT.AZ/ Sumqayıt şəhərində qaz sızması nəticəsində partlayış baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində qaz sızması nəticəsində partlayışın baş verməsi və 1 nəfərin dağıntılar altında qalması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Sumqayıt Regional Mərkəzi üzrə xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər dağıntılar altında qalmış 1936-cı il təvəllüdlü Fərzəliyev Sadəddin Mustafa oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 04:14-də başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi