Sumqayıtda qaz balonu partlayıb

Sumqayıtda qaz balonu partlayıb Yeməkxanada istifadə olunan beş litrlik qaz balonu partlayıb
Hadisə
28 İyul , 2015 22:17
Sumqayıtda qaz balonu partlayıb

Bakı. 28 iyul. REPORT.AZ/ Sumqayıt şəhərində ümumi sahəsi 120 kv.m olan yeməkxanada 5 litrlik qaz balonunda partlayış baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nəticədə mətbəxin yanar konstruksiyaları 16 kv.m sahədə yanıb. Yanğın nəticəsində 1 nəfər xəsarət alıb.

Yanğın saat 19:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi